...

"Leypsiq" komandası futbol üzrə Almaniya Kubokunun ilk finalçısı oldu

İdman Materials 1 May 2021 02:11 (UTC +04:00)
"Leypsiq" komandası futbol üzrə Almaniya Kubokunun ilk finalçısı oldu

Bakı. Trend:

"Leypsiq" futbol klubu Almaniya Kubokunun yarımfinalında əlavə vaxtda "Verder"i məğlub edib.

Trend-in məlumatına görə, görüş 2:1 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində qolları Hvan Xi Çxan (93-cü dəqiqə) və Emil Forsberq (120 + 1) vurublar, Leonardo Bitekur isə "Verder"dən (105 +1) fərqlənib.

"Leypsiq"in finaldakı gələcək rəqibi mayın 1-də ikinci "Borussia" ilə "Holştayn Kil" klubu arasında keçiriləcək oyunda müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti