...

AVRO-2020: Biletlər bu gündən satışdadır

İdman Materials 15 May 2021 09:29 (UTC +04:00)
AVRO-2020: Biletlər bu gündən satışdadır

Bakı. Trend:

Mayın 15-dən etibarən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılır.

Trend bu barədə AFFA-ya istinadən xəbər verir.

Biletlərin satış məntəqələri ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür:

KASSA

ÜNVAN

Köşk №1

M.Rəsulzadə 3., Bakı,

Köşk №2

Bülbül prospekti, Nizami küç., Bakı

Köşk №3

Üzeyir Hacıbəyov küç.69x, Bakı

1 saylı "ASAN xidmət” mərkəzi

Həsən Əliyev küç.36, Bakı

2 saylı "ASAN xidmət” mərkəzi

8 Noyabr prospekti (Nobel) 23, AMAY T.M., Bakı

3 saylı "ASAN xidmət” mərkəzi

Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı

Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür.

Biletlərin qiymətləri:
1-ci kateqoriya - 250 AZN
2-ci kateqoriya - 150 AZN
3-cü kateqoriya - 60 AZN

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

A qrupu
12 iyun, saat 17:00
Uels – İsveçrə

16 iyun, saat 20:00
Türkiyə - Uels

20 iyun, saat 20:00
Türkiyə - İsveçrə

1/4 final mərhələsi
3 iyul, saat 20:00

AVRO-2020 ilə bağlı ən son yeniliklərdən dərhal xəbərdar olmaq üçün aşağıda göstərilmiş keçidlərdən istifadə etməklə UEFA-nın xüsusi tətbiqini yükləyə bilərsiniz:

İOS istifadəçiləri üçün:
https://apps.apple.com/az/app/

Android istifadəçiləri üçün:
https://play.google.com/store/apps/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti