...

Bakıda ötən il Formula 1 yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirilib

İdman Materials 20 May 2021 13:19 (UTC +04:00)
Bakıda ötən il Formula 1 yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Pandemiya səbəbindən keçirilməyən 2020-ci il Formula 1 Azərbaycan Qran Prisinə satılan biletlərlə bağlı məsələyə aydınlıq gətirilib.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, tamaşaçılar 2020-ci il Qran Prisi üçün satılan biletləri tam olaraq qaytarıb və ödənişlərini geri alıblar.

"Əvvəl azarkeşlərin ixtiyarına buraxılmışdı ki, ya biletlər dərhal qaytara bilərlər ya da 2021-ci ildə yarış baş tutarsa, bu il həmin biletlərdən istifadə edə bilərlər. Lakin məlum olandan sonra ki, yarış tamaşaçısız keçiriləcək, biletlər kütləvi şəkildə qaytarıldı və hazırda tamaşaçılarda geri qaytarılacaq heç bir bilet qalmayıb".

Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti