...

Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qarışıq cütlüklər arasında finalçılar müəyyənləşib

İdman Materials 21 May 2021 18:24 (UTC +04:00)
Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qarışıq cütlüklər arasında finalçılar müəyyənləşib

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının birinci günündə qarışıq cütlüklər (12-14 yaş) arasında finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, rusiyalı (19.100 və 18.950 xal), bolqarıstanlı (18.425 və 17.700 xal), portuqaliyalı (18.000 və 16.800 xal), litvalı (18.000 xal) və ukraynalı (16.850 xal) üçlüklər finalçı olub.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti