...

Dünya Yaş Qrupları yarışlarından təəssüratlarım çox gözəldir - Ukraynalı gimnast

İdman Materials 22 May 2021 20:33 (UTC +04:00)
Dünya Yaş Qrupları yarışlarından təəssüratlarım çox gözəldir - Ukraynalı gimnast

Bakı. Cani Babayeva - Trend:

Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları yarışlarından təəssüratlarım çox gözəldir.

Bu barədə Trend-ə turnir iştirakçısı, Ukrayna idmançısı David Matvienko bildirib.

"Bakıda Milli Gimnastika Arenasının yarış zalı çox böyükdür, əsas çıxışdan əvvəl məşq və hazırlıq üçün də çox yer var. Yarışlardan əvvəl bizim ağır və səmərəli məşqlərimiz olub".

Ukraynalı idmançı qeyd edib ki, o, bütün idmançılar kimi, idmanda da yüksəkliklərə çatmağı arzulayır:

"Bütün hədəflərimə çatmaq üçün çox çalışacağam, çox məşq edəcəyəm".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti