...

Paralimpiya komandamızda zəfər ruhu var idi - İlqar Rəhimov (VİDEO)

İdman Materials 7 Sentyabr 2021 12:47 (UTC +04:00)
Paralimpiya komandamızda zəfər ruhu var idi - İlqar Rəhimov (VİDEO)

Bakı. Samir Əli - Trend:

Tokioda olimpiadada qalib gələn Azərbaycanın paralimpiya komandası çox güclüdür və bu qələbə gözlənilən idi.

Trend-in məlumatına görə, bunu Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlqar Rəhimov deyib.

O bildirib ki, azərbaycanlı idmançılara əvvəldən inam yüksək olub: “Bilirdik ki, komandamız böyük nailiyyətlə qayıdacaq. Biz buna əmin idik. Çünki komandamızın hazırlığı bunu deməyə əsas verirdi. Bəzi proqnozlarımız düz çıxmadı, bizim qızıl medal gözlədiyimiz bəzi idmançılar güclərindən aşağı səviyyədə çıxış etdilər, amma gözləmədiyimiz hallarda da qızıl medal qazandıq. Çünki uşaqlarda qələbə, zəfər ruhu var idi. Biz cənab Prezidentə təşəkkür edirik. Onun zəhmətinin nəticəsidir ki, idmançılarımız qələbə qazandılar. Cənab Prezidentin paralimpiaçılar haqqında düşüncələri, onlara qayğı və diqqəti idmançılarımızı daha da ruhlandırdı. İdmançılara həm də bizim müharibə zəfərimiz, qələbəmiz müsbət təsir elədi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti