...

“Champions Chess Tour”: Teymur Rəcəbov Maqnus Karlseni məğlub edib

İdman Materials 2 Oktyabr 2021 23:24 (UTC +04:00)
“Champions Chess Tour”: Teymur Rəcəbov Maqnus Karlseni məğlub edib

Bakı. Trend:

Oktyabrın 2-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin yeddinci turunun oyunları keçirilib.

Trend xəbər verir ki, yeddinci turda Teymur Rəcəbov Maqnus Karlsenlə qarşılaşıb. Şahmatçımız dünya çempionuna 3:1 hesabı ilə qalib gəlib. Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Girini 2,5:0,5 hesabı ilə məğlub edib.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti