...

Azərbaycan-Qətər oyunu heç-heçə ilə yekunlaşıb

İdman Materials 14 Noyabr 2021 22:57 (UTC +04:00)
Azərbaycan-Qətər oyunu heç-heçə ilə yekunlaşıb

Bakı. Trend:

Futbol üzrə Azərbaycan millisi ilə Qətər yığması arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşməyib.

Trend-in məlumatına görə, noyabrın 14-də Bakı Olimpiya Stadionunda təşkil olunan oyunda millimizin heyətində meydana Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Anton Krivotsyuk, Filip Ozobiç və Höccət Haqverdi çıxıblar.

Qətər yığmasının ilk on birliyində isə Meşaal Barşam, Abdelkarim Hassan, Məhəmməd əl-Bayyati, Tarek Salman, Abdulaziz Hatem, Ahmed Alaeldin, Karim Budiaf, Xidir, Bualem Xuxi, Almoez Əli və Assim Madibo yer alıblar.

Litvalı FIFA referisi Donatas Rumşasın idarə etdiyi oyunda hesabı Qətər millisi açıb. Görüşün 23-cü dəqiqəsində Almoez Əli fərqlənib. Qarşılaşmanın 37-ci dəqiqəsində Emin Mahmudov rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib.

İkinci hissəyə daha fəal başlayan yığmamız matçın 67-ci dəqiqəsində hesabda önə çıxıb. E.Mahmudov baxımlı qolla dubla izma atıb. Görüşün 78-ci dəqiqəsində qətərli futbolçu A.Əli dubl edərək hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, Azərbaycan - Qətər oyunu 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki sonuncu oyunu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti