...

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub

İdman Materials 29 Noyabr 2021 17:27 (UTC +04:00)
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub

Bakı. Fərid Zöhrabov - Trend:

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.

Trend-in məlumatına görə, toplantı dekabrın 2-də baş tutacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə;
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat);
3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi;
4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması;
5. Digər məsələlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti