...

Azərbaycan Beynəlxalq Üzgüçülük Federasiyasının konqresində iştirak edib (FOTO)

İdman Materials 20 Dekabr 2021 10:54 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Üzgüçülük Federasiyasının konqresində iştirak edib (FOTO)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Beynəlxalq Üzgüçülük Federasiyası FİNA-nın təşkilatçılığı Konqres keçirilib.

Tədbirə 201 dövlətdən nümayəndə qatılıb.

Azərbaycanı bu konqresdə Uzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov və federasiyanın baş katibi Fərid Bənənyarlı təmsil edirdi. Fərid Bənənyarlının sözlərinə görə, konqres çərçivəsində FİNA-nın prezidenti Hüseyn Əl-Müsəlləm 6 aylıq hesabatla çıxış edib.

Ümumilikdə 2021-ci ildə görülən işlər qənaətbəxş hesab edilib. Sonra FİNA-nın əsasnaməsində bəzi dəyişikliklər barədə müzakirələr aparılıb. Müzakirələrdən sonra yeni təkliflər qəbul edilib. Konqres çərçivəsində Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi digər ölkələrin federasiya nümayəndə heyətləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti