...

Tamblinq üzrə Azərbaycan Birinciliyində qalib gəldiyim üçün sevinirəm - Gənc gimnast

İdman Materials 29 Yanvar 2022 14:37 (UTC +04:00)
Tamblinq üzrə Azərbaycan Birinciliyində qalib gəldiyim üçün sevinirəm - Gənc gimnast

Bakı. Cani Babayeva - Trend:

Tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyində qalib gəldiyim üçün sevinirəm.

Bunu Trend-ə yarışlarda "uşaqlar" yaş qrupunda çıxış edən və birincilik qazanan Sənan Rzazadə deyib.

"Gimnastika ilə artıq beş ilə yaxındır ki, məşğul oluram və bu idman növünü çox sevirəm. İdmanda böyük uğurlar qazanmaq, iri beynəlxalq yarışlarda iştirak etmək istəyirəm", - deyə gimnast bildirib.

Gimnast qeyd edib ki, Milli Gimnastikas Arenasında təşkil olunan yarışda ilk dəfədir iştirak edir.

"Burada dünyaca məşhur gimnastlar çıxış edib, iri beynəlxalq yarışlar keçirilib. Ona görə də bu zalda çıxış etməkdən və birinci olmaqdan çox məmnunam. Bu, mənim üçün böyük stimul olacaq", - gimnast deyib.

Qeyd edək ki, bu gün Bakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı start keçirilir.

Çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tambliq üzrə 20 idmançı iştirak edir.

Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti