...

Üzgüçülük Federasiyasının rəhbər heyəti LEN Avropa Üzgüçülük Federasiyasının seçki hesabat konfransında iştirak edir (FOTO)

İdman Materials 5 Fevral 2022 16:16 (UTC +04:00)
Üzgüçülük Federasiyasının rəhbər heyəti LEN Avropa Üzgüçülük Federasiyasının seçki hesabat konfransında iştirak edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Üzgüçülük Federasiyasının rəhbər heyəti LEN Avropa Üzgüçülük Federasiyasının seçki hesabat konfransında iştirak edir.

Trend xəbər verir ki, Federasiyanın mətbuat xidmətinin məlumatına görə konfransin gündəmində olan əsas məsələ büronun hesabatının dinlənilməsi, yeni tərkibdə yenidən seçilməsidir. Almaniyanın Frankfurt şəhərində təşkil olunan tədbirdə Azərbaycanı Vitse prezidentlər Elçin Həsənov və Mark Koqanov, baş katib Fərid Bənəyarlı təmsil edir.

Konqres zamanı LEN-in Prezidenti Paulo Barelli söz alaraq çıxış edib və nitqinin sonunda öz vəzifəsindən istefa verdiyini elan edib. Bundan sonra yeni prezident seçkiləri keçirilib və portuqaliyalı Antonio Silva LEN-in yeni Prezidenti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti