...

"Mançester Yunayted" Ronaldonun 11 yaşlı oğlu ilə müqavilə imzalayıb

İdman Materials 11 Fevral 2022 01:40 (UTC +04:00)
"Mançester Yunayted" Ronaldonun 11 yaşlı oğlu ilə müqavilə imzalayıb

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" klubu əsas komandanın hücumçusu Kriştiano Ronaldonun 11 yaşlı oğlu ilə müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə "Sportbible" öz "Twitter" səhifəsində xəbər verib.

Xatırladaq ki, İngiltərə çempionatının 24-cü turunun matçında "Mançester Yunayted" "Bernli" ilə heç-heçə edib(1:1). K.Ronaldo matça ehtiyat oyunçular skamyasında başlayıb və 68-ci dəqiqədə meydana daxil olub. Bu görüşdə portuqaliyalı fərqlənə bilməyib.

K.Ronaldo ardıcıl 5 matçdır ki, qol vura bilmir. Son dəfə o 2010-cu ildə "Real"da (Madrid) çıxış edən zaman 5 oyun qol vura bilməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti