...

Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin qiyməti açıqlanıb

İdman Materials 18 Fevral 2022 12:19 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin qiyməti açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Şəhər Halqası (BŞH) 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verir.

BŞH-dan Trend-ə verilən məlumata görə, 10-12 iyun 2022-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına fevral ayının 22-dən etibarən start verilir.

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azərkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 AZN, üç günlük tribuna biletləri 280 - 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 AZN aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti