...

AFFA çempiona kubok əvəzinə şar verilməsinə aydınlıq gətirdi

İdman Materials 23 Fevral 2022 14:25 (UTC +04:00)
AFFA çempiona kubok əvəzinə şar verilməsinə aydınlıq gətirdi

Bakı. Fərid Zöhrabov - Trend:

AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində məktəblilər arasında keçirilən mini-futbol turnirində mükafatlandırılma mərasimində federasiyanın qalib komandaya təqdim etdiyi hədiyyələr müzakirələrə səbəb olub.

Bununla bağlı AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Trend-ə açıqlama verib.

O bildirib ki, turnir təşkil olunarkən qaliblərə mükafat və kubok verilməsi nəzərdə tutulmayıb. "Bu rəsmi turnir və liqa deyil. Birinci yeri tutan komandaya da helium şarını fərqləndirmək üçün veriblər", - F.Abdulla deyib.

Qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində yerləşən məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında keçirilən mini-futbol turnirinin qalibinə 1 rəqəmi olan helium şarı təqdim edilib. Kuboku əvəz edən şarı qalib komandaya Azərbaycan yığmasının sabiq üzvü, tanınmış futbolçu Vəli Qasımov verib.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti