...

Roman Abramoviç "Çelsi"ni satmaq qərarını açıqlayıb

İdman Materials 2 Mart 2022 23:06 (UTC +04:00)

Bakı. Trend:

Rusiyalı iş adamı Roman Abramoviç Londonun “Çelsi” futbol klubunu satmaq qərarına gəldiyini açıqlayıb.

Trend-in məlumatına görə, onun açıqlaması "Çelsi"nin saytında yerləşdirilib.

"Hazırkı vəziyyətdə klubu satmaq qərarına gəldim, çünki bunun klubun, azarkeşlərin, işçilərin, eləcə də sponsorların və tərəfdaşların maraqlarına uyğun olduğunu hesab edirəm", - deyə R.Abramoviç bildirib.

R.Abramoviç qeyd edib ki, "klubun satışı sürətləndirilməyəcək, lakin lazımi prosesə uyğun aparılacaq":

"Mənim üçün bu, heç vaxt biznes və ya pul deyil, oyuna və kluba olan həvəs idi. Üstəlik, mən komandama satışdan əldə edilən bütün xalis gəlirin bağışlanacağı bir xeyriyyə fondu yaratmağı tapşırdım. Fond Ukraynadakı müharibənin bütün qurbanlarının xeyrinə çalışacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti