Bakı. Cani Babayeva - Trend:
Böyük Britaniyanın kişilər qrupu 13-19 yaş kateqoriyasında Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıblar.
Trend-in məlumatına görə, gimnastların nəticəsi 28,840 xal təşkil edib.
Gümüş medalı Rusiya gimnastları (28,750 xal), bürünc medalı isə İsrail gimnastları (28,500 xal) qazanıblar.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.