...

Akrobatika gimnastikası üzrə Dünya çempionatında qaliblərin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

İdman Materials 11 Mart 2022 18:03 (UTC +04:00)
Akrobatika gimnastikası üzrə Dünya çempionatında qaliblərin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında qadın və kişi cütlüklərin ümumi proqramında qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Trend-in məlumatına görə, qadın cütlüklər arasında Portuqaliya qızıl, Macarıstan gümüş, Qazaxıstan komandası bürünc medalların sahibi olub.

Kişi cütlüklər arasında ABŞ qızıl, Qazaxıstan gümüş, Azərbaycan komandası bürünc medallara yiyələnib.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti