...

Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatının üçüncü günü start götürüb (FOTO)

İdman Materials 12 Mart 2022 16:23 (UTC +04:00)
Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatının üçüncü günü start götürüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının üçüncü günü start götürüb.

Trend-in məlumatına görə, bu gün qadın cütlükləri, kişi və qadın qrupları arasında balans hərəkətlər üzrə, kişi və qarışıq cütlüklər arasında temp hərəkətlər üzrə final olacaq.

Kişi cütlükləri arasında temp hərəkətin finalında medallar uğrunda mübarizəni Azərbaycan təmsilçiləri Daniel Abbasov və Murad Rəfiyev dueti aparacaq. Onların finaldakı rəqibləri İspaniya, Almaniya, Portuqaliya, Qazaxıstan və ABŞ təmsilçiləridir.

Bu gün həmçinin Azərbaycanın qarışıq cütlüyü Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətinin finalında çıxış edəcək. Onların finaldakı rəqibləri İspaniya, Portuqaliya, İsrail, Belçika və Böyük Britaniyadan olan cütlüklərdir.

Qeyd edək ki, martın 10-13-də Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı keçirilir. Çempionatda dünyanın 17 ölkəsindən 170 gimnast iştirak edir.

Yarışlarda qadın, kişi və qarışıq cütlüklərdə, qadın və kişi qruplarında gimnastlar balans, temp və qarışıq hərəkətləri təqdim edirlər.

(Tərcümə: Orxan Nəbiyev Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti