...

Bakıda veloyürüş keçirilib (FOTO)

İdman Materials 19 Mart 2022 12:29 (UTC +04:00)
Bakıda veloyürüş keçirilib (FOTO)

Bakı. Trend:

Martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr edilən və 30 həvəskar velosipedçinin iştirakı ilə veloyürüş keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, əsas məqsədi insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi olan bu veloyürüşün qalibləri 4 nominasiya üzrə qiymətli hədiyyələr, bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.

“Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi tərəfindən bir sıra mərkəzi küçələrdə velisiped zolaqlarının salınması işləri həyata keçirilir. Bu istiqamətdəki işlərin başlanğıcı kimi mərkəzdə - Üzeyir Hacıbəyov, Puşkin, Rəşid Behbudov küçələrində yeni velosiped yolu salınıb. Artıq şəhərin mərkəzini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun 1,6 km-i yekunlaşıb” – məlumat deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti