Bakı. Trend:
Ötən il Azərbaycan Qran-prisində komanda ən yaxşı nəticələrindən birini əldə edib.
Trend-in məlumatına görə, bunu "Haas" Formula 1 komandasının pilotu Mik Şumaxer deyib.
Builki yarışda komandanın şanslarını dəyərləndirən pilot qeyd edib ki, hazırkı bolidlərə qələbə üçün yaxşı şanslar var.
"Bizim maşınlarımız hər trasa uyğunlaşmağı bacarıb, ona görə də mən Bakıdakı yürüşü səbirsizliklə gözləyirəm", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)