...

Bakı trekindəki ab-hava heyrətamizdir - Britaniyalı izləyicilər

İdman Materials 11 İyun 2022 17:56 (UTC +04:00)
Bakı trekindəki ab-hava heyrətamizdir - Britaniyalı izləyicilər
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı trekindəki ab-hava heyrətamizdir.

Böyük Britaniyadan olan azarkeşlər Trend-ə bildiriblər ki, Bakı treki və şəhərin özü onlarda möhtəşəm təəssürat yaradıb.

"Biz çoxlu treklərə baş çəkmişik, lakin Bakıdakı kimisini ilk dəfədir görürük və Bakı treki bizi sevindirir. "Mercedes" komandasını dəstəkləyirik. Artıq bir neçə gündür Bakıdayıq, bir çox görməli yerləri gəzmişik. Yarışın təşkli ən yüksək səviyyədədir. Trasdan çox məmnunuq”, - azarkeşlər bildiriblər.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir.

Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.

İyunun 10-da start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti