...

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib

İdman Materials 23 İyun 2022 13:23 (UTC +04:00)
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində bir pillə irəliləyib.

Trend-in məlumatına görə, təşkilatın bu gün açıqladığı reytinq siyahısında Azərbaycan 1 127 xalla 128-ci yerdə qərarlaşıb.

Reytinqə əvvəlki kimi Braziliya başçılıq edir. Belçika millisi ikinci, bir pillə yüksəlmiş Argetina üçüncü yerdə qərarlaşıb.

Fransa, İngiltərə, İspaniya, İtaliya, Niderland, Portuqaliya və Danimarka ilk onluqda yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti