Bakı. Trend:
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Zirə" (Bakı) - "Makkabi" (Təl-Əviv, İsrail) oyunu başa çatıb.
Trend-in məlumatına görə, “Dalğa Arena”da keçirilən oyunda hesabı İsrail təmsilçisi açıb. Matçın 18-ci dəqiqəsində Qavriel Kaniçovski fərqlənib. Qarşılaşmanın 22-ci dəqiqəsində “Makkabi”nin oyunçusu Corce Yovanoviç hesab arasındakı fərqi artırıb.
Oyunun 54-cü dəqiqəsində C.Yovanoviç dubl edərək komandasının 3-cü qolunu vurub.
Beləliklə, görüşün “Makkabi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.