...

Kriştiano Ronaldo "Atletiko Madrid"ə keçməyə razılıq verib

İdman Materials 24 İyul 2022 00:58 (UTC +04:00)
Kriştiano Ronaldo "Atletiko Madrid"ə keçməyə razılıq verib

Bakı. Trend:

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "Atletiko Madrid"ə keçməyə öz razılığını verib.

Trend-in məlumatına görə, bu barədə "Daily Mail" qəzeti xəbər verib.

Məlumata əsasən, 37 yaşlı futbolçunun istəyinə baxmayaraq, İspaniya klubu bu transfer üçün ulduzlarından birini satmalı olacaq.

Bildirilib ki, bəzi azarkeşlər K.Ronaldonun başqa bir Madrid komandasında - "Real Madrid"də əvvəl oynadığına görə onun potensial transferi barədə müsbət danışmırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti