Bakı. Trend:
İtaliya Antidopinq Tribunalı (NADO Italia) “Atalanta” futbol klubunun argentinalı müdafiəçisi Xose Luis Palominonu antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq futboldan uzaqlaşdırmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Qeyd olunub ki, futbolçunun dopinq nümunəsində anabolik klostebol steroidi aşkarlanıb. Eyni zamanda, oyunçunun cəzası müvəqqətidir və antidopinq qanunlarının pozulması səbəbindən ehtiyat tədbiridir. Qanuna görə, oyunlardan ən uzun məhrum olma müddəti dörd il ola bilər.