...

"Şamaxı" FK-ya yeni mətbuat katibi təyin olunub

İdman Materials 29 İyul 2022 14:06 (UTC +04:00)

Bakı. Trend:

"Şamaxı" Futbol Klubunun (FK) strukturunda kadr dəyişikliyi həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə klub özü məlumat yayıb.

Qeyd olunub ki, mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov texniki qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

İdarə Heyətinin digər qərarı ilə Yusif Hüseynov mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Xəbər lenti

Xəbər lenti