...

Azərbaycanın dörd güləşçisi İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib

İdman Materials 10 Avqust 2022 15:27 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

Trend-in məlumatına görə, yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dörddəbir finalda İran idmançısı Morteza Hasanali ilə qarşılaşıb. H.Əliyev (8:4) inamlı qələbə qazanaraq yarımfinala adlayıb.

Azərbaycan güləşçisi Əbubəkr Abakarov da həlledici döyüşdə türkiyəli atlet Osman Göçənə qalib gəlib. Turan Bayramov isə 11:0 hesabı ilə - Əlcəzair güləşçisi Abdelkader İkkalı üstələyib.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik də Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

50 kq-da yer alan idmançı yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala vəsiə qazanıb.

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları Oyunlarda stend atıcılığı, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis və gimnastika üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti