...

Daha iki güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib

İdman Materials 11 Avqust 2022 16:11 (UTC +04:00)
Daha iki güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya.Trend:

Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçiləri İslam Bazarqanov və Gözəl Zutova finala yüksəliblər.

Trend-in məlumatına görə, İ.Bazarqanov iranlı idmançı Məcid Dastanı 10:0 hesabı ilə məğlub edib.

Gözəl Zutova kamerunlu rəqibi Ngiri Nheyuya 6:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları Oyunlarda stend atıcılıq, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis, gimnastika, paralimpiya atletikası və velosiped idmanı üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti