...

Zöhrə Ağamirova topla hərəkətlərdə bürünc medal qazanıb (FOTO)

İdman Materials 14 Avqust 2022 16:22 (UTC +04:00)
Zöhrə Ağamirova topla hərəkətlərdə bürünc medal qazanıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycan gimnastı Zöhrə Ağamirova V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika yarışlarında bürünc medal qazanıb.

Trend xəbər verir ki, Z.Ağamirova topla hərəkətlərdə üçüncü yeri tutub.

Proqramın finalında topla çıxış edən digər azərbaycanlı gimnast Alina Gözəlova isə dördüncü yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti