...

UEFA Çempionlar Liqası: "Real Madrid" "Şaxtyor"u məğlub edib

İdman Materials 6 Oktyabr 2022 01:11 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Real Madrid" "Şaxtyor"u məğlub edib

Bakı. Trend:

UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda İspaniyanın “Real Madrid” futbol klubu Ukraynanın “Şaxtyor” komandasını qəbul edib.

Trend-in məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilən görüş Madrid komandasının 2:1 hebalı qələbəsi ilə başa çatıb.

Matçın 13-cü dəqiqəsində "Real Madrid"in hücumçusu Rodriqo hesabı açıb. 28-ci dəqiqədə "Real"ın heyətində ikinci qolu Vinius Juniro vurub. Matçın birinci hissəsinin sonunda “Şaxtyor”un hücumçusu Aleksandr Zubkov fərqlənə bilib.

Beləliklə, üç oyundan sonra “Real Madrid” 9 xalla F qrupunun turnir cədvəlinə başçılıq edir. “Şaxtyor” 4 xalla ikinci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti