...

Bakı birinciliyində biz gələcəkdə bizə faydalı olacaq yarış təcrübəsi qazanırıq - gənc gimnast

İdman Materials 6 Noyabr 2022 14:58 (UTC +04:00)
Bakı birinciliyində biz gələcəkdə bizə faydalı olacaq yarış təcrübəsi qazanırıq - gənc gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Batut gimnastikası üzrə Bakı birinciliyində biz rəqabət təcrübəsi qazanırıq ki, bu da gələcəkdə mütləq faydalı olacaq.

Bu barədə Trend-ə yarışın iştirakçısı, Bakı Gimnastika Məktəbini təmsil edən gənc gimnast Maqsud Tahirli deyib.

"Yarışlar maraqlı keçir, hər bir iştirakçı yaxşı nəticə göstərməyə, məşqçini sevindirməyə çalışır. Düşünürəm ki, mükafat qazanmayanlar üçün belə çempionat böyük rol oynayacaq, çünki burada təcrübə, öz qabiliyyətlərimizi nümayiş etdirmək, digər gimnastların necə çıxış etdiyini görmək imkanı əldə edirik. Yarışlarda iştirak etdiyim üçün şadam", - deyə gənc gimast bildirib.

Qeyd edək ki, noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi keçirilir.

Yarışlarda “Ocaq Sport” klubunu və Bakı Gimnastika Məktəbini təmsil edən 55 oğlan və 46 qız iştirak edir.

Gimnastlar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyasında çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti