...

Hər məşqdə nəticələrimi artırmağa çalışıram – batut gimnastikası üzrə Bakı birinciliyinin iştirakçısı

İdman Materials 6 Noyabr 2022 15:37 (UTC +04:00)
Hər məşqdə nəticələrimi artırmağa çalışıram – batut gimnastikası üzrə Bakı birinciliyinin iştirakçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Hər məşqdə nəticələrimi artırmağa çalışıram.

Bu barədə bazar günü Trend-ə batut üzrə 6-cı Bakı birinciliyinin iştirakçısı, Bakı Gimnastika Məktəbini təmsil edən gənc atlet Aylin Ağazadə deyib.

"Beş ildir ki, gimnastika ilə məşğulam, məni idmana anam gətirib. Mürəkkəb elementləri yerinə yetirmək heç də qorxulu deyil, tullanarkən keçirilən hisslərdən xoşum gəlir", - deyə 9 yaşlı idmançı bildirib.

Aylin Ağazadənin sözlərinə görə, bu çempionat onun üçüncü yarışıdır:

"Artıq yarışlarda mükafatlar qazanmışam, ümid edirem ki, bu dəfə də medal qazanacam. Birincilik iştirakçıları ilə yaxşı tanışam, biz dostuq, bir-birimizi dəstəkləyirik, amma çempionatda təbii ki, rəqabət ruhu var".

Qeyd edək ki, noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi keçirilir.

Yarışlarda “Ocaq Sport” klubunu və Bakı Gimnastika Məktəbini təmsil edən 55 oğlan və 46 qız iştirak edir.

Gimnastlar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyasında çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti