...

Batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi başa çatıb (FOTO)

İdman Materials 6 Noyabr 2022 15:49 (UTC +04:00)
Batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi başa çatıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi keçirilib.

Trend bazar günü xəbər verir ki, yarış zamanı gənc gimnastlar öz bacarıqlarını və idman hazırlığını nümayiş etdiriblər.

Yarışlarda “Ocaq Sport” klubunu və Bakı Gimnastika Məktəbini təmsil edən 55 oğlan və 46 qız iştirak edib.

Gimnastlar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyasında çıxış ediblər.

Yarışın nəticələrinə əsasən birinciliyin qalib və mükafatçılarının adları açıqlanıb.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti