...

BŞH Bakıda sprint yarışlarının keçirilməsi ilə bağlı məlumata aydınlıq gətirib

İdman Materials 20 Noyabr 2022 15:31 (UTC +04:00)
BŞH Bakıda sprint yarışlarının keçirilməsi ilə bağlı məlumata aydınlıq gətirib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Bakıda sprint yarışlarının keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, Şirkətin yaydığı məlumatda qeyd edilib ki, 2023-cü ilin Formula 1 mövsümü növbəti ilə imza ataraq, 24 yarışla yadda qalacaq.

7-ci Formula 1 Azərbaycan Qran Prisi isə 2023-cü il 28-30 aprel tarixlərinə təsadüf edəcək. Mövsüm 5 mart tarixində Bəhreyndə start verəcək, noyabrın 26-ı isə ənənəyə sadiq qalaraq Əbu-Dabidə yekunlaşacaq. Qeyd edək ki, cümə-şənbə günləri, yəni 28-29 aprel tarixlərində sərbəst yürüşlər və sıralanma turu, 30 aprel, həftənin bazar günü isə final yarış - Formula 1 Azərbaycan Qran Prisi baş tutacaq.

F1 azarkeşlərinin həyəcanla izlədiyi sprint yarışlarına gəlincə, onun Bakıda baş tutması hələki Formula 1 tərəfindən rəsmi təsdiq edilməmişdir, buna baxmayaraq, Formula One Management bu yarışın coğrafiyasının genişlənməsinə və daha çox ölkədə keçirilməsinə maraqlıdır. Bu istiqamətdə Bakı Şəhər Halqası tərəfindən də danışıqlar aparılır və hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti