...

DÇ-2022: Portuqaliya millisi "pley-off"a vəsiqəni təmin edib (VİDEO)

İdman Materials 29 Noyabr 2022 00:59 (UTC +04:00)
DÇ-2022: Portuqaliya millisi "pley-off"a vəsiqəni təmin edib (VİDEO)

Bakı. Trend:

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, Portuqaliya və Uruqvay komandaları arasında keçirilən qarşılaşmada Portuqaliya millisi 2:0 hesablı qələbə qazanıb.

Oyunda hər iki qolu Bruno Fernandeş vurub (54 və 90+3-cü dəqiqələr).

Beləliklə, Portuqaliya millisi xallarının sayını 6-ya çatdıraraq "pley-off" mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, bu oyundan sonra H qrupunda vəziyyət belədir:

1. Portuqaliya - 6 xal

2. Qana - 3 xal

3. Cənubi Koreya - 1 xal

4. Uruqvay - 1 xal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti