...

Argentina yığması mundialın dörddəbir final mərhələsində (VİDEO)

İdman Materials 4 Dekabr 2022 01:38 (UTC +04:00)

Bakı. Trend:

Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Avstraliya yığmasına qalib gələn Argentina seçməsi dörddəbir finala yüksəlib.

Trend xəbər verir ki, “Əhməd ibn Əli” stadionunda oynanılan matçda ilk qolu Argentina millisi vurub. Qarşılaşmanın 35-ci dəqiqəsində Lionel Messi baxımlı qola imza atmaqla hesabı açıb. Fasiləyə Argetina millisi minimal üstünlüklə yollanıb.

Matçın 57-ci dəqiqəsində avstraliyalı qapıçı Metyu Rayanın səhvindən istifadə edən Julian Alvares komandasını hesabda önə keçirib. Görüşün 77-ci dəqiqəsində argentinalı yarımmüdafiəçi Entso Fernandes avtoqolla yadda qalıb. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş Argentina millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dörddəbir finala yüksələn komanda bu mərhələdə Niderland yığması ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti