Bakı. Trend:
Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirində final görüşünə çıxıb.
Trend xəbər verir ki, idmançımız həlledici görüşdə Gürcüstan təmsilçisi Vaja Marqvelaşviliyə məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yarımfinalda gürcüstanlı idmançı Laşa Nadiradzeni məğlub edib.
Turnirin birinci günündə tatami üzərinə çıxan cüdoçumuz finala gedən yolda ardıcıl olaraq Hoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovdan (Bolqarıstan) üstün olub.