...

Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku iştirakçılarının podium məşqləri keçirilir (FOTOREPORTAJ)

İdman Materials 17 Fevral 2023 15:58 (UTC +04:00)
Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku iştirakçılarının podium məşqləri keçirilir (FOTOREPORTAJ)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərindəki Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku iştirakçılarının podium məşqləri keçirilir.

Dünyanın 16 ölkəsindən 63 gimnastın çıxış edəcəyi batut gimnastikası üzrə Dünya Kuboku 18-19 fevral tarixlərində keçiriləcək. İdmançılar fərdi və sinxron proqramlarda çıxış edəcəklər.

Yarışda Azərbaycanı ötən il ölkəmizdə keçirilən Dünya Kubokunun gümüş medal qalibi Selcan Maqsudova təmsil edəcək.

Qeyd edək ki, Azərbaycanda batut gimnastikası 2013-cü ilin sonlarında inkişaf etməyə başlayıb. Bu fənn üzrə Dünya Kuboku altıncı dəfədir ki, Bakıda keçiriləcək.

Trend məşqlərdən fotoreportajı oxucuların diqqətinə çatdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti