...

Konfrans Liqası: "Gent" və "Qarabağ"ın start heyətləri açıqlanıb

İdman Materials 23 Fevral 2023 23:05 (UTC +04:00)
Konfrans Liqası: "Gent" və "Qarabağ"ın start heyətləri açıqlanıb

Bakı. Trend:

UEFA Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gələcək Belçikanın “Gent” və Azərbaycanın “Qarabağ” klublarının start heyətləri açıqlanıb.

Trend xəbər verir ki, “Qarabağ”ın heyətində meydana Luka Quqeşaşvili, Julio Romao, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev çıxacaqlar.

“Gent"in heyətində isə Deyvi Rof, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Cordan Torunariqa, Sven Kums, Nurio Fortuna, Loran Depuatr, Bruno Qodo yer alacaqlar.

Gent şəhərindəki "Gelamko Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti