...

Yeniyetmə və gənc qılıncoynadanlarımız Tbilisidə keçirilmiş turnirdə medallar qazanıblar

İdman Materials 25 Fevral 2023 04:46 (UTC +04:00)
Yeniyetmə və gənc qılıncoynadanlarımız Tbilisidə keçirilmiş turnirdə medallar qazanıblar

Bakı. Trend:

Yeniyetmə və gənc qılıncoynadanlarımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən açıq turnirdə iştirak ediblər.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, gənclər arasında sablyada Təranə Məmmədli bürünc, şpaqada Dilək Məmmədova qızıl, Mirnuray Abbasova bürünc, şpaqada Fuad Qurbanov bürünc medala sahib olublar. Yeniyetmələrin yarışında sablyada Nurlan Zeynallı qızıl, Murad Muradov və Daniel Verstakovas bürünc, sablyada Təranə Məmmədli qızıl, Leyla Əhmədova gümüş, Fatimə Kərimova bürünc, şpaqada Orxan Həsənli qızıl, Emin Səfərbəyov gümüş, Aydın Qədirov bürünc, şpaqada Yasmin Şevçenko qızıl və Mirnuray Abbasova bürünc medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti