...

Məşhur idmançı olmağı arzulayıram - Bədii gimnastika üzrə birinciliyin qalibi

İdman Materials 4 Aprel 2023 20:00 (UTC +04:00)
Məşhur idmançı olmağı arzulayıram - Bədii gimnastika üzrə birinciliyin qalibi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə məşhur idmançı olmaq, beynəlxalq yarışlarda çıxış etməyi arzulayıram.

Bu barədə çərşənbə axşamı Trend-ə “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyində balacalar (2013-2015-ci il) yaş kateqoriyası üzrə birinci yer tutmuş Dəniz Müvəffəqi deyib.

Respublika Kompleks İdman Məktəbinin yetirməsinin sözlərinə görə onda bədii gimnastikaya həvəs bacısı məşqlərə başladıqdan sonra yaranıb.

"Bacım gimnastika ilə məşğul olur, onun necə məşq etdiyini, hər bir elementi necə yerinə yetirməyə çalışdığını izlədikcə məndə də idmana həvəs yarandı. Məşqlər mənim üçün asan keçir, yarışlarda isə nə qorxu, nə də həyəcan hissi keçirmədim. Fikrimcə, ən əsası öz proqramın haqqında düşünməkdir", - birinclikdə predmetsiz hərəkətlərlə çıxış edən gimnast deyib.

Gənc idmançının sözlərinə görə, o digər iştirakçıların çıxışlarını izləyə bilib.

"Gördüyüm bütün çıxışlar xoşuma gəldi, hamımıza əhsən düşür. Şadam ki, "Ocaq Sport" bu cür gözəl yarış təşkil edib", - o əlavə edib.

Qeyd edək ki, 4-5 aprel tarixlərində Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyi keçirilir.

Yarışda “Ocaq Sport” klubu, “Abşeron OİK”, “Ağdaş” OİK, “İOEUG” Gimnastika Məktəbi, “Gəncə” OİK, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Şağan” OİK, “Grasiya” İK və “Sumqayıt” OİK “Qusar” OİK, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, “Qax” OİK, “RKİM”, “Şəmkir” Gənclər Evi, “Su İdman Sarayı” və “Zirə” Mədəniyyət Mərkəzi Eko-Park-dan 340 gənc gimnast iştirak edir.

Birincilikdə gimnastlar fərdi proqramla yanaşı, qrup hərəkətləri proqramı ilə çıxış edirlər.
Yarışlar balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-ci il) yaş kateqoriyaları üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti