...

F1 Azərbaycan Qran Prisinə ən çox bilet bu ölkələrdən alınıb

İdman Materials 8 Aprel 2023 11:38 (UTC +04:00)
F1 Azərbaycan Qran Prisinə ən çox bilet bu ölkələrdən alınıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran Prisinə ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

T.Teymurov qeyd edib ki, 2023-cü ilin Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı indiyə qədər keçirilən yarışlardan daha sürətli satılır.

O qeyd edib ki, tribunaların bir çoxuna bilet satışı artıq tamamilə satılıb.

“Qalan tribunalarda isə çox az yer qalıb. Abşeron tribunasının B seksiyası, Filarmoniya tribunası, Sahil tribunası və Bulvar tribunasına biletlər tam satılıb. Muğam tribunasına isə çox az bilet qalıb.

Görünür növbəti günlərdə bu tribunaya biletlər bitəcək.

Statistikaya görə bu il bilet satışlarında bütün rekordları qırmışıq. Formula 1 artıq yeddinci ildir ki, ölkəmizdə keçirilir və bu il ilk dəfədir ki, bu cür nailiyyətlər əldə etmişik”, - deyə o bildirib.

Qeyd edək ki, 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi 28–30 aprel tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti