...

Polşalı gimnast AGF Trophy turnirində gənclər arasında birinci yeri tutub

İdman Materials 16 Aprel 2023 13:15 (UTC +04:00)
Polşalı gimnast AGF Trophy turnirində gənclər arasında birinci yeri tutub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Polşanı təmsil edən idmançı Liliana Levinska Bakıda keçirilən bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində gənclər arasında gürzlərlə hərəkətdə birinci yeri tutub.

Trend-in məlumatına görə, gənc gimnast 30.350 xal toplayıb.

İkinci yerdə Kipri təmsil edən Vera Tuqolukova (29.550 xal), üçüncü yerdə Bolqarıstanı təmsil edən Dara Malinova (29,500 xal) qərarlaşıb.

Azərbaycan gimnastı Nəzrin Abdullayeva 25.900 xalla səkkizinci yeri tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Xəbər lenti

Xəbər lenti