Bakı. Trend:
Futbol üzrə İtaliya çempionatının 31-ci turu çərçivəsində "Napoli" komandası səfərdə "Yuventus"a 1:0 hesabı ilə qalib gəlib.
Trend-in məlumatına görə, Cakomo Raspadori əsas vaxta əlavə olunan dəqiqədə fərqlənib.
“Napoli” 31 oyundan sonra 78 xalla İtaliya çempionatının cədvəlinə başçılıq edir. Luçano Spalettinin komandası ikinci pillədə olan "Latsio"nu 17 xalla qabaqlayır.