...

Bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

İdman Materials 26 Aprel 2023 20:03 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı birinciliyinin "balacalar" (2013-2015-ci il təvəllüdlü) yaş kateqoriyasında idmançılar arasında çoxnövçülük üzrə qalib və mükafatçıların mükafatlandırılması mərasimi keçirilib.

Trend bu barədə çərşənbə günü xəbər verir.

2015-ci il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə Nilay Pünhanlı (“Ocaq Sport” klubu) birinci, Fatimə Həsənova (“Ocaq Sport” klubu) ikinci, Leyla Kərimli (Su İdmanı Sarayı) isə üçüncü yeri tutub.

2014-cü il təvəllüdlü gimnastlar arasında İnci İslamova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Fatimə Tarverdiyeva ikinci, Mişel Aniskina isə üçüncü yeri tutub. Hər üç gimnast “Ocaq Sport” klubunun yetirməsidir.

2013-cü il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə Əminə Novruzova (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi) qızıl medal, Aylin Yusifli (“Ocaq Sport” klubu) gümüş, Güllüzar Şərifova (“Ocaq Sport” klubu) isə bürünc medal qazanıb.

Qeyd edək ki, 25-27 aprel tarixlərində keçirilən yarışlarda “Ocaq Sport” klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi və FHN İdman-Sağlamlıq Kompleksinin təmsilçiləri iştirak edirlər.

Birincilikdə gimnastlar "balacalar" (2013-2015-ci il təvəllüdlü), "yeniyetmələr" (2011-2012-ci il təvəllüdlü), "gənclər" (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti