Bakı. Trend:
2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sprint yarışı başlayıb.
Trend-in məlumatına görə, yarış bir saat davam edəcək.
Qeyd edək ki, ötən gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb. 28-30 aprel tarixlərində keçirilən yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.
Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə aprelin 30-da keçiriləcək, Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.