...

İtaliya A seriyasında Çempionlar Liqası uğrunda mübarizə qızışır

İdman Materials 7 May 2023 05:18 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə İtaliya A seriyasında çempion bəlli olsa da, Çempionlar Liqasına düşmək uğrunda gərgin mübarizə davam edir.

Trend-in məlumatına görə, hazırda 6 komanda – “İnter”, “Milan”, “Yuventus”, “Latsio”, “Roma” və “Atalanta” klubları qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanmağa iddialıdır.

Mayın 6-da bu altı komandadan 4-ü – Milan və Roma klubları üz-üzə gəliblər. Belə ki, “Milan” öz meydanında “Latsio”nu qəbul edib və oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Milanın digər təmsilçisi “İnter” isə səfərdə rəqibindən eyni hesabla üstün olub.

Beləliklə, 34 turdan sonra “Latsio” 64 xalla ikinci pillədə qərarlaşıb. Ondan bir oyun az keçirən “Yuventus” 63 xalla üçüncüdür. “İnter” isə 63-xalla dördüncü, “Milan” 61 xalla beşinci pillədədir. Turnir cədvəlində altıncı və yeddinci pillələrdə 58 xalla “Roma” və “Atalanta” qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti