...

Azərbaycan boksçuları dünya çempionatını iki medalla başa vurublar

İdman Materials 14 May 2023 18:50 (UTC +04:00)
Azərbaycan boksçuları dünya çempionatını iki medalla başa vurublar

Bakı. Trend:

Azərbaycan boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında final döyüşünü keçirib. Çempionatda 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə qarşılaşıb.

Trend xəbər verir ki, döyüş rəqibin qələbəsi ilə başa çatdığından boksçumuz dünya çempionatını gümüş medalla başa vurub.

Alfonso Dominqes Ş.Atayevədək ardıcıl olaraq Bill Makallister (Avstraliya), Şoxcahon Abdullayev (Özbəkistan) və Georgi Kuşitaşvilini (Gürcüstan) məğlub edib.

Beləliklə, Azərbaycan millisi dünya çempionatını iki medalla başa vurub. A.Dominqesdən əvvəl Məhəmməd Abdullayev (+92 kq) bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, mükafat fondu 5,2 milyon ABŞ dolları olan yarışda 107 ölkədən 538 idmançı mübarizə aparıb. Dünya çempionu tituluna yiyələnən boksçular 200 min ABŞ dolları gəlir əldə ediblər. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılıblar. Qaliblərə, həmçinin İBA-nın xüsusi kəməri də təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti