...

UEFA Çempionlar Liqası: Ardıcıl dörd final matçında minimal hesablı qələbə qeydə alınıb

İdman Materials 11 İyun 2023 07:22 (UTC +04:00)
UEFA Çempionlar Liqası: Ardıcıl dörd final matçında minimal hesablı qələbə qeydə alınıb

Bakı. Trend:

"Mançester Siti" klubu UEFA Çempionlar Liqasının 2022-2023-cü il mövsümünün finalında "İnter"i 1:0 hesabı ilə məğlub edib. Turnirin əvvəlki üç finalı da eyni hesabla başa çatıb.

Trend-in məlumatına görə, “Bavariya” 2020-ci ildə PSJ-ni, 2021-ci ildə “Çelsi” “Mançester Siti”ni, 2022-ci ildə “Real” “Liverpul”u minimal hesabla məğlub edib.

Cari mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində “Mançester Siti” “Borussiya” (Dortmund), “Sevilya” və “Kopenhagen”lə eyni qrupda mübarizə aparıb və birinci olub. Pley-off mərhələsində Mançester təmsilçisi "Leyptsiq" (1:1, 7:0), "Bavariya" (3:0, 1:1) və "Real" (1:1, 4:0) ilə qarşıdurmalardan qalib ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti